Bu gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Niderlandda yaşayan Azərbaycan vətəndaşları da iştirak edir.
Bu barədə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev paylaşım edib.
O bildirib ki, saat 12:30 üçün olan məlumata əsasən, qeydiyyatdan keçmiş seçicilərin 25%-i səfirliyə gələrək səs verib.