Bilal Ərdoğan məhkəməyə üz tutdu: Kılıçdaroğlunun 2 ilə qədər həbsi istənilib

Prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan məhkəməyə üz tutdub. O, şəxsini təhqir etdiyinə görə  CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu barəsində məhkəmə iddiası qaldırılıb.

Sherg.az türk mediasına istinadən  xəbər verir ki, Bilik Yayma Vəqfi Himayəçilik Şurasının sədri, TÜGVA-nın Yüksək Məsləhət Şurasının üzvü Bilal Ərdoğan vəkili vasitəsilə Baş prokurorluğa müraciət edərək 18 yanvar 2014-cü ildə Amasyanın Taşova rayonunda keçirilən mitinqdəki çıxışında  Kamal Kılıçdaroğlunun onu təhqir etdiyini bildirib. 

Bilal Ərdoğan ötən seçki ilə deputat toxunulmazlığı götürülən Kılıçdaroğlu haqqında şikayət edib.

İddianamədə Kamal Kılıçdaroğlunun "təhqir" cinayətinə görə 3 aydan 2 ilə qədər həbslə cəzalandırılması istənilib.