Saakaşvili: "Seçkilərdə mübarizənin ön cəbhəsində olmağa hazıram"

"Milli Hərəkat"ın siyasi fəaliyyət komitəsinə rəhbərlik etmək niyyətindəyəm - Seçkilərdə mübarizənin ön cəbhəsində olmağa hazıram".

24News.ge xəbər verir ki, bu barədə eks prezident Mixeil Saakaşvili məhkəmə prosesi zamanı deyib.

O deyib ki, bu təklifi partiya üzvləri dəstəkləsə, idarə heyətinə rəhbərlik edəcək:

"Bu şuraya partiya liderləri ilə yanaşı, bir çox ictimai fəal şəxslər də daxil olacaq. Mən bu seçkilərdə mütləq siyasi mübarizəmizin ön cəbhəsində olmağa hazıram, çünki Gürcüstanın gələcəyinin olub-olmaması və ya bu gələcəyin ümidsiz şəkildə itirilməsi məsələsi burada həll olunacaq”, - deyə Saakaşvili vurğulayıb.

Qeyd edək ki, "Milli Hərəkat"ın sədri Levan Xabeişvili brifinq zamanı bildirib ki, partiya liderləri və üzvləri Saakaşvilinin "Milli Hərəkat"ın siyasi fəaliyyət komitəsinə rəhbərlik etməsinə razıdırlar. O bildirib ki, İvanişvili hakimiyyətini dəf edilməsində ən böyük və əsas rol oynayacaq şəxs elə Saakaşvilidir.