Bayramov lüksemburqlu həmkarı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Lüksemburq Baş nazirinin müavini və xarici işlər naziri Xavier Bettel ilə görüşüb.
Bu barədə Azərbaycan XİN “X” hesabında yazıb.

Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib və gələcək perspektivlər ətrafında müzakirələr aparılıb.