Prezidentin inaqurasiyasındakı fikirləri - Yeni üfiqlərə doğru

Bu gün beynəlxalq siyasi sistem yenidən formalaşır. Dünyanın müxtəlif yerlərində  baş verən hadisələr- toqquşmalar, müharibələr və bunların nəticəsi olaraq qütbləşmənin sürətləndiyi bir vaxtda dövlətlərin xarici siyasət kursunun əhəmiyyəti daha da artır. Çünki xarici siyasət kursu təkcə ikitərəfli və çoxtərəfli əlaqələrin formasını özündə ehtiva etmir, həm də gələcək məqsədlərdən, ambisiyalardan xəbər verir.
İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbiri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi nəticəsində Cənubi Qafqaz regionunda yeni reallıqlar yarandı. Bu isə öz-özlüyündə Azərbaycanın xarici siyasətində üçün yeni çağırışlara səbəb oldu.
  Son 30 ildə rəsmi Bakının xarici siyasət kursu üçün əsas vəzifə ərazi bütövlüyünün təmin olunması istiqamətində diplomatik addımların atılması idisə, hazırda yaranmış şəraitə uyğun yeni missiyalar, çağırışlar var.
Azərbaycan Prezidenti İlham Əliyev yenidən prezident seçilməsi ilə bağlı olaraq fevralın 14-də keçirdiyi andiçmə mərasimində bu məqamlara da toxundu. Dövlət başçısı Azərbaycanda Vətən müharibəsindəki qələbədən sonra yeni dövrün başladığını diqqətə çatdırdı.
Ölkə lideri üçüncü dünya müharibəsinin faktiki olaraq çox yaxın olduğunu söylədi. Əlbəttə, bu, Azərbaycan xarici siyasətində də müəyyən düzəlişləri zərurətə çevirir.Bu zərurətlər də nəzərə alınmaqla  xxarici siyasətimizin əsas leytmotivini aşağıdakəların təşkil edəcəyi müəyyən olunur:
-Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərini davam etdirəcək:
Prezident İ. Əliyev : “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Prezidentin “Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır” ifadələri Azərbaycan xarici siyasət kursunun prinsipial xarakter aldığını göstərir. Artıq Azərbaycan təkcə qonşu ölkələrlə əlaqələri inkişaf etdirməklə, yaxud regional, lokal siyasətlə kifayətlənməyəcək. 
 Azərbaycan beynəlxalq aktora çevriləcək. Bir sıra mühüm beynəlxalq təşkilatlarda, o cümlədə Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında oynadığı rol onu deməyə əsas verir ki, bu gün Azərbaycan dünyada və regionda baş verən proseslərin əsas leymotivlərindəndir. Dünya dövlətlərinin Azərbaycana diqqəti, beynəlxalq aləmdə ölkəyə göstərilən inam və etimad dediyimiz fikirləri təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində onu da xatırlatdı ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcək: “Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki, yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib”.
 - Dünyanın aparıcı ölkələri və təşkilatları rəsmi Bakının qlobal siyasi aktor olması ilə razılaşması və bu faktla hesablaşmaları;
  - Regional siyasət kursundan  artıq qlobal xarici siyasət kursuna keçilməsi;
 Bütün bu yeni və ciddi amillər isə Azərbaycan diplomatiyası qarşısında ciddi vəzifələr qoymaqla yanaşı, yeni üfiqlər də açır.

Manafzadə Fatimə
Azərbaycan Universiteti