"Eksklavlar məsələsini həll etməyə hazırıq" - Ermənistan hökuməti

"Ermənistan de-yure ərazisi Ermənistan Respublikasının, Azərbaycanın ərazisi isə Azərbaycan Respublikasının idarəsi və nəzarəti altında olmalıdır. Ermənistan bütün sərhəd boyu belə qərarlar qəbul etməyə hazırdır".
Bakupost.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinin yazılı sorğusuna cavab olaraq Ermənistan hökumətindən bildiriblər.
"Ermənistan eyni formuldan istifadə edərək, Tavuş vilayətinə bitişik ən problemli ərazilərdə belə qərarlar qəbul etməyə hazırdır. Eksklavlara(anklavlara) gəlincə, bu halda Ermənistan üçün məqbul yanaşma bu məsələlərə sonradan baxılması, yenə də hüquqi qüvvəyə malik sənədlər əsasında bu ərazilərin delimitasiyası və demarkasiyası yanaşmasını başlanğıc nöqtəsi kimi götürməkdir", - deyə sorğuya cavabda vurğulanır.