Netanyahuya çağırış: İsrail nümayəndə heyəti Qətərə getməsin!

İsrail qüvvələri Qəzza Zolağını bombalamağa davam edir. Bu arada bölgədə atəşkəs və əsir mübadiləsi razılaşması üçün səylər intensivləşib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İsrail nümayəndə heyətinin Qətərdəki danışıqlarda iştirakı gözlənildiyi halda, ifrat sağçı İsrailin maliyyə naziri Bezalel Smotriçdən baş nazir Benyamin Netanyahuya çağırış edilib.

Smotriç Netanyahunu İsrail nümayəndə heyətinin Qətərdəki danışıqlara qatılmasını qadağan etməyə çağırıb.

Smotriç deyib: “Netanyahu nümayəndə heyətinə İsraildə qalmağı və İsrail Müdafiə Qüvvələrinə (İDF) dərhal Rəfaha daxil olmağı və HƏMAS məhv edilənə qədər hərbi təzyiqi artırmağı əmr etməlidir. Yalnız bu yolla əsirlərin qaytarılması mümkün olacaq".