Onlar süni intelektlə insanların düşüncələrini dəyişdirəcəklər -MARAQLI PROQNOZ

Taylandda süni intellekt texnologiyası "depressiya və intihar düşüncələri" olan insanlara kömək etmək üçün istifadə olunacaq. Medicina.az xəbər verir ki, “Bangkok Post” qəzetinin yazdığına görə, Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisinin (NHSO) istifadə etməyə başladığı “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır. Tayland Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Chulalongkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələrinin birgə hazırladığı süni intellekt texnologiyası nazirliyin arxivindəki səs yazılarını təhlil edərək xəstələrin “depressiya əlamətlərini və intihar düşüncələrinə meylliliyini” aşkar edə bilir. Bildirilib ki, “AI DMIND” texnologiyası sınaq mərhələsində Taylandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi ilə bağlı “keçid qiyməti” alıb. Qeyd olunub ki, NHSO çərçivəsində həyata keçirilən “AI DMIND” texnologiyası geniş xəstə bazasına çıxışı asanlaşdırmaqla xəstələrin müalicə prosesinin sürətləndirilməsinə töhfə verir. Chulalongkorn Universiteti Sağlamlıq Fakültəsinin dekan müavini Prof. Dr. Nicasri Çarnnaronq açıqlamasında son illərdə psixoloji pozğunluqların artdığına diqqət çəkib. "Təkcə keçən il 15 yaşdan yuxarı təxminən 1,5 milyon insana (Taylandda) diaqnoz qoyuldu. Onların yalnız üçdə biri müvafiq müalicəyə başladı”, - deyə professor qeyd edib.
Bəs görəsən, süni intelektin köməyi ilə  depressiya və intihar düşüncələrindəm tam qurtulmaq mümkün olacaq? Əlavə olaraq, son dövrlər psixoloji pozğunluqların artmasının səbəbi nədir?

Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, bəzi intiharlar anidən alınmış qərarla, digərləri isə düşünülərək atılır:

"Bu səbəbdən süni intelektlə insanları hansı yolla depressiyadan çıxardılacağını detallarınadək incələmək lazımdır. intihar və depressiyaların növləri müxtəlifdir. Fikrimcə, onlar süni intelektlə insanların düşüncələrini dəyişdirəcəklər. Təbii ki, birinin sağlamlığı üçün ixtira edilən bütün vasitələr təqdirəlayiqdir. Doğrudur, son dövrlər psixoloji problemlər artıb. Bunun səbəbi isə insanların əksəriyyətinin özünü xoşbəxt hiss etməməsi, yalnız qalması, uşaqlıqdan qalan travmalardır".