Paşinyan: Ermənistan Azərbaycanla normallaşma prosesinə sadiqdir

Ermənistan Azərbaycanla normallaşma prosesinə sadiqdir.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl mediaya açıqlamasında bildirib.
“Biz 1991-ci il Alma-Ata bəyanatına uyğun olaraq, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında Azərbaycanla normallaşma prosesinə sadiq qalırıq.
Ermənistan həmçinin Alma-Ata bəyanatına bəyanatı əsasında sərhədlərin delimitasiyasına və regional kommunikasiyaların ölkələrin suverenlik prinsipi əsasında açılmasına sadiqdir”, - Paşinyan vurğulayıb.