Prezident: Azərbaycan neokoloniazatorların ikili standartlarının aşkarlanması istiqamətində səylərini davam etdirəcək

Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik rəhbərliyi zamanı, eləcə də hazırda bu təsisatın “sədrlik üçlüyünə” daxil olduğu dövrdə bir çox mühüm təşəbbüslərlə çıxış edib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul eədrkən deyib.

Dövlət başçısı vacib məsələlərlə, o cümlədən neokolonializmlə bağlı böyük səylər göstərdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın həm ölkəmizdə, həm də ölkəmizdən kənarda bu mövzu ilə əlaqədar tədbirlər keçirdiyini bildirərək bundan sonra da neokoloniazatorların keçmişdə və müasir dövrdə törətdiyi cinayətlərin, onların digər ölkələrə və xalqlara qarşı həyata keçirdikləri ikili standartlarının aşkarlanması istiqamətində səylərini davam etdirəcəyini dedi.