
Ekspert: "Sığorta haqlarında da 30-40 faiz artım müşahidə olunur”
09:53 06.05.2024
Sosial
473
KASKO sığortası üzrə sığorta haqlarının son illərdə yüksək artımını müşahidə edirik. Bu sinif üzrə sığorta haqları ötən il 30%, cari ilin ilk 3 ayında 37% artıb.
Bu barədə APA-ya Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, bu dinamikanın əldə edilməsində şübhəsiz ki, son illərdə sığortaya inamın və sığorta savadlılığının yüksəldilməsi sahəsində aparılan tədbirlərin rolu var. Lakin, hazırda KASKO sığortası üzrə sığortalanan predmetlərin sayı 43 mini yenicə ötüb ki, bu, avtomobillərin təqribən 3%-ni təşkil edir.
Mərkəzi Bank əlavə edib ki, aparılan qiymətləndirmələrə görə, orta müddətli dövrdə KASKO sığortalanan avtomobillərin sayını 3 dəfə yüksəltmək mümkündür. Amma bunun üçün atılmalı olan addımlar var: "Qarşıdakı illərdə sığortalılara qarşı ədalətli rəftarın daha da yaxşılaşdırılması, mərkəzləşdirilmiş və etibarlı sığorta məlumat mərkəzinin yaradılması, sığortaçıların satış və zərərlərin tənzimlənməsi xidmətlərinin rəqəmsallaşması, müştəri yönlü kasko sığortası məhsullarının inkişaf etməsi, sığortaçıların anderraytinq potensialının inkişaf etidirilməsi və təbii ki, marifləndirmə tədbirlərinin davam etməsi bu sinif üzrə penetrasiya potensialının reallaşdırılmasına xidmət edəcək".
Sığorta üzrə ekspert İlkin İbrahim “Sherg.az"a bildirib ki, avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası zamnı 3-cü şəxsə dəyən ziyanı sığorta şirkəti tərəfindən ödənilir:

“Biz standart qaydada sığorta edirik. Bu məcburi formada olur. Yəni qanunla tənzimlənir. Biz sığorta etməsək bizi inzibati qaydada məsuliyyətə cəlb edirlər. KASKO sığorta isə öz avtomobilimizi sığortalamaq üçün müəyyən olunmuş sığorta məhsuludur. Yəni biz öz avtomobilimizin gövdəsini hər hansı risklərdən qorumaq üçün bu məhsulu əldə edirik. Mərkəzi Bankın bu məsələ ilə qeydinə gəldikdə isə mən belə deməzdim. Ölkəmizdə avtonəqliyyat vasitələrinin qiymətləri qalxıb. Avtonəqliyyat vasitələrinin qiyməti qalxan zaman onların detalları və sığorta haqqları da qalxır. Sığorta haqqları qalxdıqda isə sığorta yığımındakı məbləğ də qalxır. KASKO məhsulunu almaq üçün biz sığorta haqqını avtomobilin dəyərinin 0.5 faizdən 4-5 faizə qədər məbləğ ödəməli oluruq. Açıq aşkar görürük ki, ən azı 20-30-40 faiz avtomobilin dəyərində artımlar var. Həmin artımın nəticəsidir ki, sığorta haqlarında da 30-40 faiz artım müşahidə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya