ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - VİDEO

"Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm”.

APA xəbər verir ki, bu barədə ABŞ səfiri Mark Libby Cıdır düzündən yayımladığı videomüraciətində bildirib.

“Biz iki aya yaxındır ki, bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət, baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - səfir Libby qeyd edib.

Diplomat onun və xanımın çox səmimi qarşılandığını vurğulayıb:

“Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu səfər və şəhərin öz gözlərimlə gördüyüm inkişafı məndə çox böyük təəssürat yaratdı. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu gün Şuşadan başqa, hökumət nümayəndələri ilə görüşmək və səfirliyin həyata keçirdiyi ingilis dili proqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün Füzuliyə səfər edəcəyəm. Nə qədər ki, Azərbaycanda bizimlə işləmək istəyən tərəfdaşlarımız var, ABŞ bu ölkənin iqtisadi inkişafı və insanlarının rifahının dəstəklənməsi üçün çalışmağa davam edəcək".

Telegram Widget
APA
🇺🇸🇦🇿ABŞ səfiri Şuşaya gedib
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇦🇿 ABŞ səfiri: “Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm. Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət ki baş tutdu… Qonaqpərvərliyinizə görə təşəkkür edirəm… Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm.”

@apa_az