Azərbaycan və Slovakiya şirkətləri əməkdaşlıq memorandumları imzalayıb

Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandunları imzalanıb.
Bu Azərbaycan – Slovakiya biznes forumu çərçivəsində baş tutub.

Belə ki, Azərbaycan İnvestisiya Şirkəti və Slovakiya İxrac və İdxal Bankı (EXIMBANKA), həmçinin Slovakiyanın "SEAK Energetics" şirkəti və "ITECH GROUP" MMC əməkdaşlıq memorandumları imzalayıb.