Ziyafət Əsgərov: Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin yanındadır

“Müstəmləkəçiliyə qarşı mübarizə bizim qarşımızdakı mühüm vəzifələrdən biridir”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda deyib.

O bildirib ki, Fransız Polineziyasında Fransa dövlətinin müstəmləkə siyasəti əsrlərdir davam edir:

“Fransa ədalət və qardaşlıq anlayışlarından daim özünün niyyətlərini reallaşdırmaq üçün yararlanıb. Bu gün sizin dövlətinizlə Fransa arasında 17 min kilometr məsafə olduğunu nəzərə alanda belə bir sual çıxır: Sənin orda nə işin var? Niyə imkan vermirsən ki, insanlar orda rahat yaşaya bilsinlər?! Hazırda qarşımızdakı əsas vəzifələrdən biri də müstəmləkəçiliyə qarşı mübarizədir. Bunu sözdə yox, əməldə icra etməyə başlamışıq. Ona görə ki, istəyirik dünyada müstəmləkəçiliyə son qoyulsun. BMT-nin bir sıra qətnamələri qəbul edilib. BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan Fransa sizi fundamental hüquqlarınızı bloklayıb. Müstəmləkəçiliyin sonu yoxdur, biz də vaxtilə imperiya altında olmuşuq, amma müstəqilliyimizi də qazanmışıq, siz də qazanacaqsınız. Biz müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin yanındayıq”,- MM-in Komitə sədri Ziyafət Əsgərov belə deyib.