Şahbaz Şərif Ceyhun Bayramovu qəbul edib

Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
"Sherg.az" xəbər verir ki, bu barədə Ceyhun Bayramovun "X" hesabında qeyd olunub.
Görüşdə Pakistan və Azərbaycan arasında ticarət, enerji, bərpa olunan enerji, İT, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, işlərin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.