Səfirlik: ABŞ Azərbaycanın minalardan təmizləmə səylərini dəstəkləyir

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Huqo Quavera Azərbaycanda səfərdə olan "Mine Action Group" təşkilatının icraçı direktoru Darren Kormakla görüşüb.
APA xəbər verir ki, bu barədə ABŞ səfirliyin "X" səhifəsində paylaşımında bildirilib.

"ABŞ Azərbaycanın minalardan təmizləmə səylərini dəstəkləyir. Daha təhlükəsiz Azərbaycan naminə MAG və ANAMA ilə əməkdaşlıq edən ABŞ, ölümcül minaları və təhlükəli partlamamış hərbi sursatları təmizləmək üçün zəruri bacarıqların artırılmasına təkan verir. Biz azərbaycanlıların ölkənin hər yerində təhlükəsiz yaşaya biləcəyi və uşaqların minalardan qorxmadan sərbəst oynaya biləcəyi gələcəyə ümid edirik", - məlumatda deyilir.