ABŞ və Səudiyyə Ərəbistanı strateji saziş imzalamağa yaxındır

ABŞ və Səudiyyə Ərəbistanı müdafiə paktı bağlamağa yaxındır.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti rəsmilərə istinadən bildirib.

Onların sözlərinə görə, diplomatik səylərin uğuru “İsrailin Fələstin dövlətinin yaradılmasına sadiqliyindən” və Qəzza zolağında müharibənin dayandırılmasından asılıdır, halbuki münaqişəyə son qoyulması ilkin şərt deyil.

Qeyd olunub ki, müdafiə sazişi Səudiyyə Ərəbistanının regional mövqeyini gücləndirəcək və ABŞ-ın Yaxın Şərqdəki hərbi rolunu gücləndirəcək. Bildirilib ki, müqavilə layihəsi əsasən ABŞ-Yaponiya Təhlükəsizliyin Təminatı Müqaviləsi əsasında hazırlanmışdır.