Cevdet Yılmaz və Hikmət Hacıyev Ankarada görüşüb

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.

“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, - deyə C. Yılmaz X sosial şəbəkə hesabında bildirib.