Azərbaycan XİN: Fransada polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə narahat edir

Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilib.

“Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir.

Biz Fransa hökumətini vəziyyəti təcili olaraq de-eskalasiya etməyə çağırırıq”, - qeyd olunub.