Savaş bitir, Rusiya geri çəkilir, Zelenski gedir… - Proqnoz
Yusif Nəzərli
14:44 18.06.2024
Siyasət
570
İsveçrədə sona çatan Ukrayna konfransından öncə Putin özünün “sülh tezislərini” açıqladı: Kremlin yiyəsi deyir ki, Krım, Luqansk, Donetsk, Xerson və Zaparojye Rusiyada qalır, Ukrayna neytral ölkə olur, Qərb Ukraynadan çəkilir, AB, ABŞ, NATO ilə yeni təhlükəsizlik sənədləri imzalanır və bununla da müharibə bitir.
Axar.az xəbər verir ki, bu barədə iqtisadçı-politoloq Natiq Cəfərli bildirib.
O, “Putin niyə ən yuxarı pərdədən tələblər irəli sürdü” sualına cavab axtarıb:
“Çünki alver etmək istəyir. Deyir ki, bütün bu bölgələrdə referendum olub, xalq Rusiya ilə birləşməyə səs verib. Yalandır, çünki Rusiyada seçki-referendum fiksiya olmaqla yanaşı, həmin bölgələrin tamamında formal səsvermə də olmayıb. Donetsk vilayətinin 55%-i, Luqansk vilayətinin 15-20%-i, Xerson vilayətinin 35%-ə yaxını, Zaporojye vilayətinin 30%-i, o cümlədən vilayətin paytaxtı Ukrayna nəzarətindədir. Bundan başqa, Rusiya 2022-ci ildə işğala başlayanda həmin bölgələrdən 4 mln. nəfərə yaxın Ukrayna vətəndaşı ölkənin mərkəz, qərb bölgələrinə, o cümlədən Avropaya köç edib işğaldan qaçmışdı.
Yəni Putinin dedikləri həqiqəti əks etdirmir, deməli, özü bilərəkdən ən yuxarı tələblər qoyub ki, geri addım atmağa yer qalsın”.
Ekspert vurğulayıb ki, Rusiya “referendumlar”dan sonra həmin bölgələri Konstitusiyasına salıb, “öz ərazisi” elan edib:
“İndi Ukrayna haqlı və təbii olaraq əsl sülh danışıqlarının mövzularından biri kimi Rusiyadan Konstitusiyasını dəyişməyi tələb edir, çünki Rusiyanın Ana yasası başqa ölkənin ərzisini öz içinə qatıb. Ukraynanın bu haqlı və hüquqi tələbinə Qərbdən etiraz yoxdur, əksinə, ciddi dəstək var.
Ermənistanın Konstitusiyasında da öz qonşularına ərazi iddiaları var, Azərbaycan əsl və qalıcı sülh istəyir və deyir ki, bu ərazi iddialarınızı Konstitusiyadan çıxardın. Yaxşı, bu niyə bəzi Qərb dairələrini narahat edir ki?! Eyni məntiq, eyni beynəlxalq hüquq, eyni yanaşma olmalı deyilmi?!
Düşünmürəm ki, Ermənistanın Konstitusiyasında ərazi iddialarının olması onların gələcəkdə Azərbaycanın, Türkiyənin bir qarış torpağına hücum etməsinə səbəb ola bilər – bu Ermənistan üçün xəritədən silinməyə bərabər addım olar. Amma niyə Ermənistan Konstitusiyasında bu bəndlər qalmalıdır ki?! Biz gələcək nəsillərə sülh və əmin-amanlıq şəraitində yaşayan bölgə miras qoymaq istəyiriksə, buna təhdid yarada biləcək bütün hüquqi və formal əsaslar da kökündən ləğv edilməlidir”.
Natiq Cəfərli xatırladıb ki, hazırda Ukrayna münaqişəsində “pat” vəziyyəti yaranıb:
“Təəssüf ki, Ukrayna 1991-ci sərhədlərinə çıxa bilmir - bilməyəcək, şükür ki, Rusiya da qalib gələ bilmir - bilməyəcək, çünki Putin üçün qalibiyyət Ukraynanın tamamına nəzarət edə biləcək “vassal” hakimiyyət qurmaq idi ki, buna nail olmadı, ola da bilməz. Bəs, bu “pat” vəziyyətindən çıxış nədir?! Məncə, ABŞ seçkilərinə qədər vəziyyət ancaq eskalasiya yolu ilə gedəcək, seçkilərin nəticələri bəlli olduqdan sonra böyük masa qurulacaq. Ukraynada Zelenski siyasətdən gedəcək, bunu Rusiya böyük “qələbə” kimi təqdim edib, əvəzində bəzi ərazilərdən geri çəkilərək, “Koreya variantına” gedəcək, orada “38-ci paralel” kimi bir xətt yaranacaq, Ukrayna işğalı tanımayacaq, amma müharibə də dayanacaq, Rusiya isə Azov dənizini daxili su hövzəsi etməsini, Krımı qorumasını, 4 vilayətdə əlində qalacaq torpaqları (əsas da Krıma quru yolu) tam qələbə bayramına çevirəcək.
Sonra illərlə davam edəcək danışıqlar, yeni Minsk qrupufason qurumlar görəcəyik, ta o vaxta kimi ki, Rusiyada hakimiyyət dəyişikliyi baş verəcək, və ya Ukrayna özü-özünü qoruyacaq qədər güclənə biləcək. Yəni bu bölgədə qalıcı və ədalətlü sülh mümkün deyil, amma vəziyyətin “dondurulması” yaxın 8-12 aya baş verəcək”.
Xəbər lenti
Hamısına bax
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial
Peskov: Ukrayna üçün vəziyyət günü-gündən pisləşir
15:16 22.09.2026
Dünya
Azərbaycan İrana uçuşları dayandırıb?
14:53 22.09.2026
Aktual