ABŞ Ukraynada gərginliyin artmasından əl çəkməlidir - Çin

Çin ABŞ-ı tərəfləri qarşıdurmaya təhrik etməkdənsə, Ukraynada sülh axtarmağa çağırır.

Axar.az xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.

“Biz həmçinin müvafiq ölkələri obyektivliyi və qərəzsizliyi qorumağa və bunun üçün əlverişli şərait yaratmağa səsləyirik. Xüsusən də ABŞ-ı gərginliyi artırmaq, təxribatlara davam etmək əvəzinə, müharibəni dayandırmaq və sülhü mümkün qədər tez bərpa etmək üçün səy göstərməyə dəvət edirik", - Şuanq bildirib.