Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Azərbaycanda səfərdədir

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Azərbaycanda səfərdədir.
APA xəbər verir ki, bu barədə Aİ komissarı "X" hesabında bildirib.
"Hökumət nümayəndələri və vətəndaş cəmiyyəti ilə COP29 prioritetlərini və iqlim ambisiyalarını müzakirə etmək üçün tam gün Bakıdayam. Biz BƏƏ-də əldə olunan konsensusunun bütün qlobal enerji keçidi hədəflərini həyata keçirməli və bunu iddialı iqlim maliyyəsi vasitəsilə dəstəkləməliyik", - Aİ rəsmisi qeyd edib.