O’Brayn: Azərbaycan enerji şaxələndirilməsində aparıcı ölkələrdən birinə çevrilib

Azərbaycan Avropanın vacib qaz təchizatçısına çevrilib.
Bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Avropa ölkələrinin bəziləri Rusiya qazından tamamilə imtina edib, bəziləri alınan qazın həcmini azaldıb. Azərbaycan Avropa üçün enerji şaxələndirilməsində aparıcı rol oynayan ölkələrdən birinə çevrilib”, - diplomat vurğulayıb.