Azərbaycanda seçicilərin sayı nə qədər olacaq?

Azərbaycanda seçicilərin sayı açıqlanıb.
“Sherg.az”ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə məlumat verib.
Zeynal Nağdəliyev qeyd edib ki, seçici siyahılarının dəqiqləşdirilməsi zamanı aydın olub ki, 2024-cu il iyunun 28-nə olan nəticələrə əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var.