Baş prokurorun birinci müavini: Seçki qanunvericiliyinin pozulmasına yol verən şəxslər cəzalandırılacaq

Seçkilərlə bağlı prokurorluq orqanların əsas vəzifəsi daxil olmuş müraciətlərə baxılması ilə bağlıdır.
 “Sherg.az” xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Elçin Məmmədov bildirib ki, qanunda seçkilərin keçirilməsi prosesi ilə bağlı müraciətlərə baxılması üçün çox qısa zaman müəyyən edilib: “Səsvermə günü olan müraciətlərə dərhal baxılmalıdır. Eyni zamanda Seçki Məcəlləsinin 11-ci maddəsində də seçkilərin gedişinə müdaxilənin qadağan edilməsi ilə bağlı müddəa öz əksini tapıb. Bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar seçki qanunvericiliyinin pozulmasına yol verən şəxslərin qanunauyğun cəzalandırılması ilə bağlı prokurorluq orqanları tərəfindən bütün addımlar atılacaq”.