Azərbaycan və Özbəkistan strateji investisiyaların artımı imkanlarını müzakirə edib

Azərbaycan nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
 “Sherg.az”xəbər verir ki, tədbirdə Özbəkistanla iqtisadi sahədə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Bu baxımdan uğurlu birgə layihələrin, qarşılıqlı sərmayə yatırımlarının əhəmiyyəti qeyd olunub. Ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın, ticarət əlaqələrinin inkişafına yeni təkan verəcəyi bildirilib.
Tədbirdə strateji investisiyaların artımı və ikitərəfli əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.