Qarabağ İqtisadi Regionunda təlimlərə start verildi
17:44 16.07.2024
Gündəm
435
Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” layihəsi çərçivəsində təlimlərin icrasına icrasına başlanılıb.
“Sherg.az” xəbər verir ki, təlimlər Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətdə kiçik və orta sahibkarlığın inkişanı dəstəkləyir.
Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi inkişafı dövlətimiz və milli maraqlarımız üçün ən önəmli məsələlərdən birinə çevrilib. Bu prosesdə kiçik və orta sahibkarların iştirakçılığı çox əhəmiyyətlidir.
Həyata keçirilən layihənin əsas məqsədi Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə sahibkarlıq bacarıqlarının artırılmasına və sahibkarlığa başlama prosesində onlara dəstək olunmasıdır. Hədəf məqsədlərdən biri də Qarabağ iqtisadi regionunun iqtisadi inkişafına xidmətlə bərabər yerli icmanın da gücləndirilməsidir.
16.07.2024-cü il tarixində Qarabağ iqtisadi rayonunun Laçın şəhərində məskunlaşan gənclər və qadınlar üçün təlim həyata keçirildi. Əvvəlcə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin rəhbər İlqar Hüseynli giriş nitqi ilə iştirakçıları salamladı, torpaqlarımızın azadlığı uğurunda Şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sayğı duruşu ilə yad edildi. Daha sonra təşkilatın eksperti İqtisad üzrə fəlsəfə doktoru İlham Hüseynli geniş təqdimatla çıxış etdi. Təlim iştirakçıları, ABAD, KOBİA və Sahibkarlığa Kömək Milli Fondu kimi sahibkarlığı dəstəkləyən qurumlarla bağlı informasiyalar əldə etdilər. Regionda Kiçik və Orta Sahibkarlığın inkişafına imkanlar yaradan və sahibkarlığın inkişafını stimullaşdıran qanun və sərəncamlar barədə məlumatlandılar.
Fəaliyyətə yeni başlayan sahibkarlara uğurlu rol-model təqdim edildi. Gənc sahibkar Gursel Abbas əldə etdiyi biznes uğurları və ona çatmağın yolları barədə məruzə ilə çıxış etdi.
Layihə işğaldan azad olunmuş Zəngilan (Agalı kəndi), Füzuli, və Cəbrayıl-4 şəhərciyi və Zobucuq yaşayış məntəqələrində davam edəcəkdir.
Qeyd edək ki, layihə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə