
Londonda İlham Əliyev-Paşinyan görüşü gözləniləndir -ANALİTİK
Londonda İlham Əliyev-Paşinyan görüşü gözləniləndir -ANALİTİK
09:20 18.07.2024
Gündəm
350
Sülh danışıqlarının yeni məkanda aparılması münasibətlərin tənzimlənməsi baxımından müsbət haldır
Ermənistan Baş naziri Nikol Paşinyan Londona gedib. O və xanımı Avropa Siyasi Birliyinin 4-cü sammitində iştirak etmək üçün Britaniyaya səfər edib. Ermənistan hökumətinin açıqlamasında bildirilib ki, 7-20 iyul tarixlərində davam edəcək səfər zamanı bir sıra beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər də planlaşdırılır.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirak etməsi gözlənilir. Sammitdə İlham Əliyev və Paşinyan arasında görüşün olub-olmayacağı hələlik məlum deyil.
Siyasi şərhçi Aqşin Kərimov da “Sherg.az”a açıqlamasında deyib ki, sammit çərçivəsində Londonda İlham Əliyevlə Paşinyan arasında görüşün baş tutması gözləniləndir:
“Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarının yeni məkanda aparılması münasibətlərin tənzimlənməsi baxımından müsbət haldır. Düzdür, Sammit proqramında İlham Əliyevlə Paşinyan görüşünə dair heç bir məlumat yoxdur. Lakin şəxsi qənaətimcə, belə bir görüş olacaq”.

Görüşün təşəbbüskarının kim olacağına gəldikdə isə A.Kərimov deyib ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də həmin tədbirdə iştirak edəcək:
“Gedər ayaq Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünü təşkil etməkdə maraqlı görünə bilər. İstənilən halda Londonda aparılacaq müzakirələrdə Azərbaycan- Ermənistan münasibətlərinin diqqətə alınması xüsusi əhəmiyyət kəsb edən məsələdir”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü baş tutacağı halda sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsinin razılaşdırılmayan komponentlərinin yenidən müzakirəsi, Qərbi azərbaycanlıların qayıdışından tutmuş Ermənistan konstitusiyasına ediləcək dəyişikliklər masaya yatırıla bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya