27 sentyabr hər zaman qürur günü kimi xatırlanacaq
11:24 26.09.2025
Siyasət
778
Vətəndaş Həmrəyliyi Partiyası 27 sentyabr Anım Günü, Vətən Müharibəsinin başlamasının 5-ci ildönümü ilə bağlı bəyanat yayıb.
"Sherg.az"ın xəbərinə görə, bəyanatda deyilib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun növbəti hərbi təxribatının qarşısını almaq üçün başladığı cavab tədbirlərindən – Vətən Müharibəsinin başlamasından beş il ötür: "27 sentyabr müstəqillik tariximizdə şərəfli günlərdən biridir.
27 sentyabr təkcə 44 günlük Vətən müharibənin başlanğıcı deyildi, həm də Azərbaycanın suverenliyinin bərpasına gedən yolun, erməni separatçılarının birdəfəlik susdurulmasına istiqamətlənən əməliyyatların startı idi. Ona görə də 27 sentyabr Azərbaycan tarixində hər zaman qürur günü kimi xatırlanacaq. İkinci Qarabağ Savaşında 3 minə yaxın Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı. 27 sentyabr - Anım Günü Azərbaycan xalqının həm kədər, həm də qürur günü olaraq tarixə düşüb. Bu gün biz şəhidlərin xatirəsi qarşısında baş əyirik, onların qəhrəmanlığından güc alırıq".
Bəyanatda qeyd olunub ki, Vətəndaş Həmrəyliyi Partiyası bu qələbənin əldə edilməsində misilsiz şücaət və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizi, öz canını Vətənimizin azadlığı üçün qurban vermiş şəhidlərimizi, döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizi, eləcə də onların valideynlərini bu gün böyük minnətdarlıq, iftixar hörmət hissiylə anaraq, bu şərəfli insanların xatirəsinin daim əziz tutulacağını bir daha bəyan edir: "Qarabağ Savaşında qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyir, müqəddəs ruhları qarşısında baş əyirik".
VHP Siyasi Şurası
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət