MSK sədri: Parlament seçkilərində təşviqat üçün 5509 yer müəyyənləşib

Bu gündən Milli Məclisə seçkilərlə bağlı namizədlərin təşviqatı başlayır.

Sherg.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, bunun üçün hər şərait yaradılıb: “Ölkə üzrə 5509 belə ünvan müəyyənləşib. Bura Naxçıvanda olan qapalı və açıq məkanlar da daxildir".