Əli Kərimliyə qarşı cinayət işi açılıb

AXCP sədri Əli Kərimli barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilib.
Sherg.az xəbər verir ki. bu barədə Əli Kərimli özü məlumat yayıb.

O bildirib ki, iş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq.

Məlumata görə, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədardır.