CHP lideri Özgür Özəl ABŞ-a gedir

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl 24-27 sentyabr tarixlərində ABŞ-da keçiriləcək Sosialist İnternasionalının toplantısına qatılacaq. O, Nyu-Yorkda keçiriləcək görüşdə Ankara Bəyannaməsini açıqlayacaq. Partiya sədri  İsrailin Qəzzaya hücumları, dünyada ifrat sağın yüksəlişi, iqlim böhranı kimi mövzularda mesajlar verəcək.

Sherg.az xəbər verir ki, Özgür Özəl Ankara Bəyannaməsində İsrailin Fələstinə hücumları və İordan çayının qərb sahilində öldürülən Ayşenur Ezgi Eyginin qətli ilə bağlı mesajların veriləcəyi gözlənilir.

Dünyada ifrat sağçıların yüksəlişinə diqqət çəkəcək Özəlin sosial demokrat partiyaların ortaq təşəbbüsləri ilə bir çox mövcud problemlərin həll ediləcəyini vurğulayacağı da bildirilib. Öz çıxışında iqlim böhranı və mədəniyyət müharibələrinə qarşı daha təsirli bir siyasət təklif edəcək CHP lideri ABŞ proqramı çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.