Şolts nüvə silahının istifadəsinə qarşı çıxdı

Almaniya kansleri Olaf Şolts istənilən silahlı münaqişədə nüvə silahının istifadəsinə qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkəsində yazıb.

“Nüvə silahlarına qarşı mübarizə aparan təşkilat "Nihon Hidankyo"ya Nobel Sülh Mükafatının verilməsi, xüsusən də indiki zamanda nüvə silahının istifadəsinə qarşı olan etirazımızdan əl çəkməməyimizə dair mühüm bir mesaj verir” - o qeyd edib.