
Politoloq: Ermənistan eyforiyadadır
08:37 17.01.2025
Region
563
Xəyalpərəst ermənilərə elə gəlir ki, ABŞ-Ermənistan strateji tərəfdaşlığına dair xartiya onların üzünə "cənnət"in qapılarını açacaq
Paşinyan iqtidarının atdığı son addımlar mahiyyətcə Ermənistan dövlətinin avantürist dövlət olduğunu bir daha təsdiqləyir. "Demokrat" Nikolun atdığı addımların müharibə caniləri olan sabiq Ermənistan prezidentləri - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın yürütdükləri məkrli, destruktiv, təxribatçı və təcavüzkar siyasətdən, prinsip etibarilə, heç bir fərqi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin 7 yanvar tarixli müsahibəsində Ermənistan rəhbərliyinə ünvanladığı silahsızlaşdırma, defaşizasiya çağırışlarından və sülh mesajlarından sonra Paşinyan hökumətinin həm “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlanması” haqqında qanun layihəsini təsdiqləməsi, həm də ABŞ və Ermənistan xarici işlər nazirləri arasında strateji tərəfdaşlıq sənədinin imzalanması rəsmi İrəvanın avantürist ənənələri davam etdirdiyini təsdiqləyir.
Ermənistanın eyforiyada olduğunu vurğulayan Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynovun “Sherg.az”a açıqlamasına görə, xəyalpərəst ermənilərə elə gəlir ki, Avropa İttifaqına (Aİ) üzvlük prosesi ilə bağlı sənədin və ABŞ-Ermənistan strateji tərəfdaşlığına dair xartiyanın imzalanması sanki onların üzünə "cənnət"in qapılarını açacaq:

“Lakin əsl həqiqətdə isə, bu, onların öz-özlərini aldatmaqlarından başqa bir şey deyil. Paşinyan hökumətinin bu sənədləri imzalaması növbəti geosiyasi avantüradır. Ermənistan tərəfi bu addımları atmaqla ilk növbədə regionda balansı dəyişməyə can atır. Xüsusən də ötən günlərdə ABŞ Dövlət Departamentinin ofisində XİN başçıları Antoni Blinkenlə Ararat Mirzoyan arasında sənədin imzalanmasında əsas məqsəd Birləşmiş Ştatların Ermənistanda fiziki-hərbi cəhətdən yerləşməsini təmin etməyə xidmət edir. Ermənistan ABŞ və Aİ-nin "qanad"ı altına sığınmaqla öz təhlükəsizliyini təmin etməkdən daha çox, alət və forpost kimi istifadə olunmağa şərait yaradır. Bu da Blinken və Mirzoyan tərəfindən imzalanan bədnam xartiyanın Bayden administrasiyası ilə Paşinyan hökumətinin növbəti təxribatçı planının tərkib hissəsi olduğunu göstərir.
Ancaq Ermənistan tərəfi gethagetdə olan Bayden administrasiyası ilə belə bir sövdələşməyə imza atmaqla həmişə olduğu kimi növbəti dəfə yanlış seçim etmiş oldu. Məsələ burasındadır ki, Blinkenin imzaladığı bu sənədin yaxın günlərdə səlahiyyətlərinin icrasına başlayacaq ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp tərəfindən yerinə yetiriləcəyinə heç bir zəmanət yoxdur. Çünki Tramp Bayden administrasiyasının xarici siyasət kursu ilə qətiyyən razılaşmır. Ona görə də ABŞ ilə Ermənistan arasında imzalanan sənəd də dekorativ xarakter daşıyır.
Ermənistan isə nəticələrini öncədən dəqiq hesablaya bilmədiyi bu cür avantürist və təhrikçi addımları ilə öz durumunu daha da ağırlaşdırır. Üzdə sülhdən danışan, lakin reallıqda isə silahlanmanı davam etdirən, sərhədlərimizdə casusluq fəaliyyəti ilə məşğul olan Aİ-nin "mülki" müşahidə missiyasının fəaliyyət müddətini uzatmağa çalışan, ABŞ ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə can atan rəsmi İrəvan olduqca təhlükəli oyun oynayır”.
Politoloq hesab edir ki, böyük güclərin Cənubi Qafqaza soxulması üçün legitim əsaslar yaratmağa çalışmaq Ermənistan üçün yolun sonu ola bilər. O qeyd edib ki, Paşinyanın başından böyük oynaması "Ermənistan" adlı layihənin bağlanması ilə nəticələnə bilər:
“Nə Azərbaycan, nə də Türkiyə Ermənistanın avantüralarına göz yummaq fikrindədir. İran və Rusiya isə öz bəslədikləri zəhərli "ilan"ın (Ermənistanın) bundan sonrakı sürprizlərinə də hazır olmalıdırlar. Məhz onların yanlış himayəçilik, havadarlıq siyasəti sonda Ermənistanın tamamilə nəzarətdən çıxmasına gətirib çıxartdı. Ona görə də dünənə qədər Rusiyanın, İranın plasdarmı rolunda çıxış edən Ermənistan bu gün isə kursunu dəyişərək, ABŞ-nin, Fransanın, Avropa İttifaqının forpostu olmağa qərar verir. Bu isə bütün regionumuz üçün təhdidlər yaradır. Ona görə də indi əsas məsələ Ermənistanı reallıq hissinə qaytarmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq