
Azərbaycan niyə "yaşıl enerji" layihələri üzrə Çini əsas tərəfdaş kimi seçib? -AÇIQLAMA
12:05 28.04.2025
İqtisadiyyat
473
Azərbaycan və Çin dostdur, biz "Bir kəmər - Bir yol" istiqamətində karbon emissiyalarının azaldılması naminə əməkdaşlıq edəcəyik.
Bunu Çinin "Bir kəmər -Bir yol" layihəsinin Baş Katibinin müavini Proffesor Renying Li Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı deyib.
"Biz qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün səylərimizi birləşdirməliyik. Bu il "Paris Sazişi"nin 10, BMT-nin 80 illiyi qeyd ediləcək. Yaşıl və karbonsuz inkişaf üçün əməkdaşlıq etməliyik, inkişaf etmiş ölkələr inkişafda olan ölkələrə dəstək olmalıdır, dövlətlər dayanıqlı inkişaf strategiyalarını hazırlamalıdır. Çin bu il inkişafda olan ölkələrə maaliyyə yardımı etmişdir. Biz öz biliklərimizi də, təcrübələrimizi də paylaşmağa hazırıq. Çin iqlim dəyişikliyinə qarşı üzərinə götürdüyü öhdəliklər üçün çalışır".
Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sherg.az-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı məhz yaşıl enerji layihələri üzrə əməkdaşlığa dair 6 sənəd imzalanıb:

“Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt-lıq üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 QVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 MVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə birgə iş birliyini əhatə edir”.
Azərbaycan niyə "yaşıl enerji" layihələri üzrə Çini əsas tərəfdaş kimi seçib? sualına isə Ekspert bildirib ki, bunun bir sıra səbəbləri var:
“Belə ki, Çin “yaşıl enerji”yə yatırımlar üzrə dünyanın ən iri bazarıdır. 2024-cü ildə ölkə təmiz enerjiyə 818 milyard dollar investisiya cəlb edib ki, bu da ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın cəmi yatırımlarından çoxdur. Eyni zamanda, Çin quraşdırılmış bərpaolunan enerji potensialına görə dünyada liderdir və 2-ci sırada qərarlaşan ABŞ-ni 4 dəfədən çox üstələyir. Bu baxımdan da Azərbaycan-Çin əməkdaşlığı COP29-da dünyada iqlim dəyişmələrinin qarşısını almaq üçün əldə edilən razılaşmalardan çıxış etsək, dekarbonizasiya üzrə ölkəmiz tərəfindən yaxın beşillikdə planlaşdırılan işlərin həyata keçirilməsi yönümündə atılacaq addımların təzahürüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə