Bakıda İran səfirliyində anım mərasimi keçirilir

Bu gün Bakıda İran səfirliyində İran–İsrail qarşıdurması zamanı həlak olan yüksək rütbəli iranlıların xatirəsinə həsr olunmuş anım mərasimi təşkil olunub.

Bu barədə Teleqraf-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Anım mərasimi iki gün davam edəcək.

Tədbir çərçivəsində səfirlikdə "Xatirə kitabı" da açılıb. Qonaqlar buraya öz başsağlığı və xatirə qeydlərini yaza biləcəklər.

Ətraflı
Ad - 00:04
Anım mərasimi İran səfirliyi tərəfindən təşkil olunub və diplomatik korpus nümayəndələrinin, ictimaiyyətin və media təmsilçilərinin iştirakı gözlənilir.

Qeyd edək ki, İyunun 13-dən etibarən İsrailin həyata keçirdiyi hücumlar nəticəsində İranda azı 606 nəfər həlak olub, 5 mindən çox insan yaralanıb.