
Koksaki virusu kabus kimi geri döndü - Pediatrdan AÇIQLAMA
08:09 09.07.2025
Sağlamlıq
806
Parkdan evə gəlir, boğaz ağrısı ilə başlayır, ürəyə zərbə vurur
Yay mövsümündə uşaqların müxtəlif viruslara yoluxmaq, bioloji çirklənməyə məruz qalmaq təhlükəsi daha da artır. Təhlükəyə diqqət çəkən pediatr Vaqif Qarayev açıq su hövzələrinin, çimərlik, əyləncə məkanlarının risk daşıdığını deyib.
– Uşaqlar arasında əl-ayaq-ağız xəstəliyi yayılıb. Səbəbi əsasən Koksaki virusudur. Yoluxma həm virusla çirklənmiş əşyalarla kontaktdan, həm də hava-damcı yolu ilə baş verir. Kifayət qədər sürətlə yayılır xəstəlik. Yüksək temperatur fonunda əldə, ayaqda spesifik səpkilər, ağız boşluğunda isə içi maye ilə dolu səpkilər müşahidə olunur. Səpkilərə sağrı nahiyəsində, dirsək və diz büküşlərində də rast gəlmək olur. Xəstəliyin spesifik müalicəsi yoxdur, ortalama bir həftə ərzində keçir. Gigiyenik qaydalara, o cümlədən ağız gigiyenasına ciddi əməl etmək lazımdır ki, uşaq su içə, qida qəbul edə bilsin deyə. Səpkilər görünürsə, mütləq həkimlə əlaqə saxlanılmalıdır.
V.Qarayev Sherg.az-a açıqlamasında koksaki virusu haqqında daha ətraflı məlumat verərək qeyd etdi ki, koksaki virusu enteroviruslar adlanan RNT viruslar ailəsinə aiddir və bütün dünyada yayılıb. Koksaki virusu ilk dəfə ABŞ-nin Nyu-York əyalətindəki Coxsackie şəhərində aşkarlanıb, adını da buradan götürüb. Bu viruslar xüsusilə balaca uşaqlarda müxtəlif xəstəliklərə səbəb olur. İnfeksiyalar ən çox yayda və payızın əvvəlində baş verir:

- Koksaki virusu asqırma və öskürək zamanı havaya keçən tənəffüs damcıları vasitəsilə yayıla bilər. Uşaqlar virusla çirklənmiş səthlərə və ya əşyalara toxunduqdan sonra da yoluxa bilərlər. Virusun yayılmasının digər yolları infeksiyaya yoluxmuş birinin nəcisi ilə və ya anadan doğulan körpəsinə təmasdır. Əksər koksaki virusları üçün məruz qalmadan simptomların başlanmasına qədər olan adi vaxt 3-6 gündür. Səpkilər və qəzartılardan əlavə uşaqlarda halsızlıq və qızdırma əlamətləri, iştahsızlıq da müşahidə edilə bilər. Amma xəstəlik öz-özünə keçir. Virus badamcıqlarda və ətraf toxumalarda, xüsusən də ağızda səpgi və qabarcıqlar əmələ gətirərək boğaz ağrısına səbəb olur. Növündən asılı olaraq bu virus qan dövranı ilə daxili orqanlarda daha ciddi infeksiyalara səbəb ola bilir. Yüksək hərarət və döş qəfəsində ağrılarla müşahidə olunan plevrit xəstəliyi və ürəyin viral infeksiyası olan miokarditə də səbəb ola bilər. Əgər uşaqda boyun, sinə ağrısı, nəfəs almaqda çətinlik və ya süstlük müşayiət edilirsə, mütləq həkimə müraciət edilməlidir.
Pediatr qeyd etdi ki, əksər hallarda diaqnoz kliniki nəticələrə - əlamətlərə əsaslanır və heç bir laboratoriya testi tələb olunmur. Bununla belə, diaqnozu təsdiqləmək üçün pediatr boğaz, burun, nəcis və ya uşağın bədəninin digər bölgələrindən nümunələri yoxlaya bilər. Uşağın qızdırmasını aşağı salmaq, ağızdakı yaraların narahatlığını azaltmaq üçün dərman preparatlarından istifadə edilir.
Həkim qeyd etdi ki, uşaqların gigiyenasına və təmizliyə riayət etmələrinə ciddi fikir verilməlidir:
- İlk növbədə əllərin yeməkdən öncə yaxşı-yaxşı yuyulması vacibdir. Uşaq küçədən, gəzməkdən evə qayıtdıqda mütləq şəkildə əllər yuyulmalı, ayaqqabı ilə mənzilə daxil olmaq qadağan edilməlidir. Gəzintidə olarkən də uşaqlar əllərini hara gəldi sürtür, müxtəlif səthlərə təmas edirlər. Gəzintidə uşaq qidalanacaqsa, əllər mütləq ciddi şəkildə təmizlənməlidir, sonra yemək verilməlidir. Yayda çimərliklər də yoluxma mənbəyi ola bilər. Əgər çimərlik ərazisi, dəniz suyu çirklənibsə, yoluxma təhlükəsi realdır. Çalışmaq lazımdır ki, dənizdə çimərkən hər ehtimala qarşı dəniz suyu daxilə qəbul edilməsin. Valideynlər üzgüçülük hovuzlarına da aparır uşaqlarını. Hovuzun suyunun xüsusi maddələrlə təmizlənib-təmizlənməməsini bilmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə