Mirzoyan: Ermənistan və Azərbaycan ŞƏT-ə üzvlük üçün sənədləri təqdim ediblər

“Ermənistan və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük üçün sənədləri təqdim ediblər və bu təşkilata üzv olmalıdırlar”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində xarici işlər naziri Ararat Mirzoyan deyib.

Erməni diplomat bildirib: "Beynəlxalq tərəfdaşlar olaraq qarşıdan gələn Tyantszin sammitinə dəvət olunduq və iştirak edəcəyik. İnanırıq ki, Ermənistan və Azərbaycan bu təşkilata üzv olacaq".