Qafqazın əsas aktoru indi Azərbaycandır - Asəf Quliyev
Yusif Nəzərli
07:08 16.10.2025
Siyasət
772
“Moskva artıq reallığı qəbul etməyə məcburdur”
“Rusiya təzyiq siyasətindən imtina edir, amma pərdəarxasında oyun davam edir”
Moskva Ermənistandakı daxili siyasi proseslərə münasibətdə neytral mövqe nümayiş etdirir və müdaxilə etməkdən imtina edir. “Hraparak” qəzeti Rusiya hakimiyyətinə yaxın mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Kreml İrəvana siyasi emissar göndərməyi dayandırıb və ölkəni tərk edərək Rusiyadan razılıq gözləyən erməni siyasi xadimləri ilə diplomatik formada qarşılıqlı əlaqədən imtina edir.
Qeyd edək ki, daha əvvəl də Moskva Ermənistan siyasi qüvvələrinin seçki ərəfəsində maliyyə dəstəyi ilə bağlı müraciətlərini rədd edib.
Araşdırmaçı-jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında deyib ki, Rusiyanın Ermənistandakı daxili siyasi proseslərə münasibətdə nümayiş etdirdiyi “neytrallıq” bəyanatı həm rasional, həm də qeyri-rasional elementlər daşıyır.
Ekspert hesab edir ki, əgər doğrudan da, Moskva İrəvanda baş verən siyasi proseslərə birbaşa müdaxilədən imtina edirsə, bu, Rusiyanın Qafqaz siyasətində müəyyən transformasiyanın başlanğıcı kimi qiymətləndirilə bilər:
“2023-cü ilə qədər Rusiya üçün Ermənistan sadəcə regional alət idi. Moskva bu ölkəni əlində saxlamaqla həm Cənubi Qafqazdakı mövqelərini qorumağa, həm də Azərbaycana qarşı təzyiq rıçaqları əldə saxlamağa çalışırdı. Ermənistanın siyasi elitasında "Rusiyapərəst" fiqurların önə çəkilməsi də məhz bu məqsədə xidmət edirdi”.
Ekspertin fikrincə, bu gün vəziyyət dəyişib. Qafqazda əsas siyasi və iqtisadi aktor Azərbaycan olduğuna görə, Moskva artıq reallığı qəbul etməyə məcburdur:
“Rusiya anlayır ki, regiondakı nüfuzunu yalnız təzyiq və manipulyasiya ilə deyil, qarşılıqlı maraqlara əsaslanan münasibətlərlə saxlamaq mümkündür. Əgər Moskva Qafqazda qalan son hörmətini və təsir imkanlarını itirmək istəmirsə, o zaman Azərbaycanla bərabərhüquqlu, qarşılıqlı etimada əsaslanan siyasət yürütməlidir. MDB-nin Düşənbə sammitində Prezident İlham Əliyev və Vladimir Putin arasında baş tutan görüş bu istiqamətdə mühüm siqnal idi. Görünür, Rusiya artıq təzyiq və şantaj siyasətindən uzaqlaşaraq, qarşılıqlı maraqlara söykənən qonşuluq münasibətlərinə üstünlük verməyə çalışır”.
Bununla belə, A.Quliyev qeyd edib ki, Moskvanın bu “yeni” yanaşması tam etibarlı və şəffaf görünmür. Onun sözlərinə görə, Rusiyanın davranışında hələ də qeyri-rasional, daha doğrusu, manipulyativ elementlər qalmaqdadır: “Rusiya rəsmiləri bəzən ictimaiyyət qarşısında neytral və konstruktiv mövqedən çıxış etsələr də, pərdəarxasında imperialist təfəkkürə əsaslanan siyasət davam edə bilər. Yəni Moskva yenə də Ermənistanda öz maraqlarına xidmət edən siyasi qüvvələri önə çıxarmağa, daxili proseslərə dolayı yolla müdaxilə etməyə cəhd göstərə bilər. Bu, Rusiyanın tarixi davranış modelinə uyğundur – bir tərəfdən diplomatik "neytrallıq" görüntüsü yaradır, digər tərəfdən isə prosesləri öz xeyrinə yönləndirməyə çalışır”.
Ekspert hesab edir ki, yaxın aylarda Rusiyanın real niyyətlərini daha aydın görmək mümkün olacaq:
“Əgər Moskva doğrudan da, Ermənistandakı proseslərə qarışmır və bu ölkənin qərbyönümlü kursuna qarşı açıq reaksiya vermirsə, deməli, Kremlin Qafqaz siyasətində müəyyən korrektə baş verib. Amma əgər növbəti mərhələdə İrəvanda rusiyameyilli qüvvələrin fəallaşması müşahidə olunsa, bu, Rusiyanın yenə köhnə taktikasına qayıtdığını göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou