
Analitik: Trampın Qəzza planı strateji deyil, taktiki xarakter daşıyır
13:55 17.10.2025
Siyasət
585
Bu mərhələdən sonra Türkiyə və digər ölkələrin İsrailə qarşı təsir rıçaqları daha effektiv olacaq
Məqsəd, daxildə etirazların artması və Netanyahunun hakimiyyətdən getməsidir
Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsi hələ də regionda sabitliyə ən böyük maneələrdən biri olaraq qalır. ABŞ prezidenti Donald Trampın irəli sürdüyü 20 bəndlik sülh planı bu münaqişənin həlli ilə bağlı yeni diplomatik cəhd kimi qiymətləndirilsə də, sənəddəki bəzi müddəalar-xüsusilə HƏMAS-ın tərksilahı, Qəzzanın gələcəyi və Fələstin dövlətinin yaradılması tərəflər arasında ciddi ziddiyyətlər doğurur.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun sözlərinə görə, “HƏMAS-ın Qəzzada gələcəyi yoxdur və o, qəti şəkildə tərksilah olunmalıdır”. O, həmçinin qeyd edib ki, döyüşlərdən sonrakı mərhələ Qəzza xalqı üçün iş, təhsil və yeni imkanlar yaratmalıdır. Bu yanaşma Tramp planının daha çox taktiki xarakter daşıdığını və beynəlxalq güclərin əsas məqsədinin bölgədə müvəqqəti sabitlik yaratmaq olduğunu göstərir.
Politoloq Əli Zülfüqaroğlu Sherg.az-a açıqlamasında Trampın 20 bəndlik sülh planı ilə bağlı məsələlərin tam şəkildə razılaşdırıldığını deməyin mümkün olmadığını bildirib:

"Burada bir sıra məqamlar var ki, tərəflər arasında ciddi ziddiyyətlər yaradır. Xüsusilə HƏMAS-ın silahları təhvil verməsi, Qəzzanın gələcəyi və Fələstin dövlətinin yaradılması ilə bağlı məsələlər hələ də qeyri-müəyyən və açıq olaraq qalır. Bu isə onu göstərir ki, Trampın planı daha çox strateji deyil, taktiki xarakter daşıyır. Yəni, istər İsrail, istərsə də ABŞ və Türkiyə ilə İslam ölkələri bu mərhələdə taktiki diplomatik mübarizəni davam etdirmək niyyətindədirlər. Əgər Fələstin dövlətinin yaradılması ilə bağlı planda konkret müddəa yer alsaydı, İsrail buna razılıq verməzdi. Digər tərəfdən, Türkiyə və İslam ölkələri bu müddəanın olmamasına baxmayaraq, planı dəstəkləməkdə davam edirlər. Bunun əsas səbəbi girovların HƏMAS-ın əlində olması və İsrailin hücumlarını bu bəhanə ilə davam etdirməsidir. Buna görə də ilk növbədə atəşkəsin əldə olunması və ardınca girovların azad edilməsi məsələsi ön plandadır. Eyni zamanda Qəzzaya humanitar yardımın bərpası da gündəmdədir. Bundan sonrakı mərhələdə diplomatik mübarizənin ön plana çıxacağı gözlənilir. Razılaşmanın həyata keçirilməsi və xüsusilə HƏMAS-ın razı salınması prosesində mühüm rol oynayan fiqurlardan biri- Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Qəzzanın təhlükəsizliyi və idarəçiliyi mütləq şəkildə Fələstinlilərin öz əlində olmalıdır".
Ekspert bunun gələcək mərhələlərdə HƏMAS-ın tərksilah olunması, Fələstin dövlətinin yaradılması və digər məsələlərdə hələ də açıq sualların və ziddiyyətlərin mövcud olduğunu göstərdiyini söyləyib:
"Türkiyə və ABŞ bu məsələdə real nəticələrin İsrailin daxili siyasətinə təsir göstərməsi üçün çalışacaqlar. Məqsəd, daxildə etirazların artması və nəticədə Netanyahu hökumətinin hakimiyyətdən getməsidir. Əgər Netanyahu hakimiyyətdən gedərsə, HƏMAS və Fələstin məsələsi ilə bağlı vəziyyətə daha aydın baxış yaranması mümkündür. Hazırkı vəziyyətdə isə ortada real nəticə olmadığı üçün HƏMAS-ın tərksilahı yaxın perspektivdə mümkün görünmür. Həmçinin, Fələstin dövlətinin yaradılması ilə bağlı konkret razılaşmalar da əldə olunmayıb. Lakin bu mərhələdən sonra Türkiyə və digər ölkələrin İsrailə qarşı təsir rıçaqları daha effektiv olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
18:05 07.11.2026
Gündəm
Dünyanın gözü İsraildədir! 24 saat sonra hər şey dəyişə bilər
17:46 07.11.2026
Dünya
45 metr yüksəklikdə faciə: İki paraşütçü havada toqquşaraq ölüb
17:31 07.11.2026
Hadisə
Simonyan: “TRIPP çərçivəsində İrana qarşı addım atmayacağıq”
17:20 07.11.2026
Region
Dollar ucuzlaşa bilər
17:17 07.11.2026
İqtisadiyyat
Sumqayıt şəhərini tüstü bürüyüb
17:11 07.11.2026
Hadisə
Yaponiyada 5,6 bal gücündə zəlzələ olub
16:57 07.11.2026
Hadisə
Günəşdə partlayışların sayı kəskin artıb
16:43 07.11.2026
Ekologiya
Ölkədə güclü külək daha iki gün davam edəcək - XƏBƏRDARLIQ
16:29 07.11.2026
Ekologiya
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
16:02 07.11.2026
Futbol
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
15:52 07.11.2026
Dünya
Jurnalist Elnur Şükürov həbs edilib
15:05 07.11.2026
Hadisə
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb
14:37 07.11.2026
Dünya