
Afrika dövlətləri ilə TDT arasında əlaqələr daha da dərinləşəcək -POLİTOLOQ
Yusif Nəzərli
09:23 13.11.2024
Siyasət
669
Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən XI Zirvə görüşündə qəbul olunan mühüm qərarlardan biri regional və qlobal əməkdaşlıqla bağlı idi. İclasda TDT və Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair qərar qəbul edildi. Razılaşmaya əsasən, bu, regional qarşılıqlı fəaliyyət üçün möhkəm təməl rolunu oynayacaq. Təşkilatlar arasında Birgə zirvə toplantısının çağırılması istiqamətində də fəaliyyət göstərilməsi üçün uyğun tədbirlərin görülməsi üzrə tapşırıqlar verildi. Ekspertlərə görə, bu, türk dünyası ilə Afrika arasında əməkdaşlığın güclənməsi və genişlənməsi istiqamətində mühüm addım sayıla bilər. Belə bir addım TDT-nin beynəlxalq təşkilatla əlaqələr baxımından əhəmiyyətli sayıla bilər. Çünki Afrika İttifaqı da müəyyən mənada məhdud fəaliyyətlə məşğul olur. Qeyd edək ki, Afrika İttifaqı 2002-ci il iyulun 9-da yaradılıb. Quruma Afrikanın 55 ölkəsi daxildir.
Politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyənin Afrikanın əksər ölkəsində səfirlikləri fəaliyyət göstərir. İqtisadi əlaqələrlə yanaşı, hərbi əlaqələr də dərinləşdirilir.
Ekspert vurğulayıb ki, Azərbaycan Afrikanın bir sıra ölkələri ilə həm diplomatik, həm də siyasi-iqtisadi əlaqələrə malikdir və münasibətlər yüksələn xətt üzrə gedir:

"TDT-nin digər türk dövlətlərinin, məsələn Qazaxıstan, Özbəkistan, Qırğızıstanın da Afrika ilə əlaqələri formalaşır. Afrika dövlətləri ilə TDT arasında əlaqələrin inkişafı son nəticədə siyasi-iqtisadi və hərbi-mədəni münasibətləri daha dərinləşdirəcək. Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı, 4 il quruma rəhbərlik etməsi, təşkilatda Afrikanın çoxsaylı ölkəsinin yer alması TDT dövlətləri ilə Afrika ölkələri arasında əlaqələrə töhfə verə bilər".
Analitik vurğulayıb ki, Fransanın uzun illər Afrika regionunda apardığı soyqırım, müstəmləkə, assimilyasiya siyasətinə qarşı ən ciddi və adekvat cavabı Azərbaycan verib:
"Ölkəmiz Afrikanın bəzi ərazilərində aparılan müstəmləkiçilik siyasətini tənqid etməklə yanaşı, bölgə xalqarının hüquqlarının bərpa olunması məsələsini də gündəmə gətirib. Biz bu məsələni Türk Dövlətləri Təşkilatı çərçivəsində də qaldırmaqla, Afrika ölkələri ilə TDT arasında əlaqələrin yaranmasına və inkişafına nail ola bilərik. Hazırda TDT-nin çoxvektorlu xarici siyasət yürütməsinə böyük imkanlar var. Avropa və Asiya ölkələri ilə münasibətlərin dərinləşməsinə önəm verdiyimiz kimi eyni prosesi Afrika üzərindən də həyata keçirməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq