Aİ Ali Nümayəndəsinin Azərbaycan və Ermənistan XİN başçıları ilə üçtərəfli telefon danışığı olub
17:56 22.07.2020
Siyasət
666
İyulun 22-də Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında üçtərəfli telefon danışığı baş tutub.
APA-nın xəbərinə görə, tərəflər Azərbaycan və Ermənistan arasındakı beynəlxalq dövlət sərhədində baş verən qarşıdurma barədə danışıblar.
Aİ-nin Ali Nümayəndəsi həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.
Müzakirələr zamanı Cozep Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa və gərginliyə səbəb olan hərəkət və ritorikadan, xüsusən də bölgədəki kritik infrastruktur üçün gələcək təhdidlərdən çəkinməyə çağırıb. Aİ rəsmisi regiondakı bütün aktyorların dinc məqsədə töhfə verməli olduğunu vurğulayıb.
Aİ-nin Ali Nümayəndəsi tərəfləri atəşkəsə sadiq olduqlarını bir daha təsdiqləməyə və gərginliyin artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Bu kontekstdə Ermənistan və Azərbaycan birbaşa kommunikasiya mexanizmindən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidirlər.
O, həmsədrlərin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas aspektləri ilə bağlı substantiv danışıqlarda səmərəli yenidən iştirakın zəruriliyini vurğulayıb: hər iki nazir bununla razılaşıb. Cozep Borrell şərtlər imkan verən kimi ATƏT-in monitorinqini yenidən davam etdirməyin vacibliyini vurğulayıb.
Aİ-nin Ali Nümayəndəsi iki tərəflə də müntəzəm olaraq əlaqə saxlamağa hazır olduğunu vurğulayaraq Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhranla üzrə Xüsusi Nümayəndəsini tərəflər və ATƏT-in Minsk Qrupu həmsədri ilə sıx əlaqədə olmağa davam etməyi tapşırdığını deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm
Avropasız Ukrayna razılaşması olmayacaq - ŞƏRH
20:11 10.11.2026
Gündəm