
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir -ŞƏRH
12:26 16.05.2025
Siyasət
389
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlmasında bildirib. O bildirib ki, Azərbaycan və Ermənistan razılığa gəlməyə çox yaxındırlar. Düşünürəm ki, onların bu sülh sazişi imzalaması hamının marağındadır.
Politoloq Züriyə Qarayeva Sherg.az-a bildirib k, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının real nəticə verməsi yönündə pozitiv yanaşmasını birmənalı şəkildə dəyərləndirmək mümkün deyil:

“Çünki Aİ Brüssel formatı çərçivəsində danışıqlarda müəyyən müddət yer aldı. Lakin təəssüflər olsun ki, həmin ittifaqda bəzi üzv dövlətlər prosesin müsbət yöndə getməsindən, Azərbaycanın milli maraqlarının təmin olunmasından yana deyildilər. Eyni zamanda həmin dövlətlər Ermənistanı üzərinə götürdüyü öhdəliklərdən yayındırmağa çalışırdılar. Həmin dövlətlərin başında isə Fransa dayanır. Fransanın Brüssel formatında yer almaq istəməsinə görə sözügedən format dağıldı. Buna səbəb Azərbaycanın qalib və haqlı tərəf olaraq maraqlarının qurulmamasından irəli gələn tələb idi. Belə görüşlərdə heç bir nəticə əldə olunmursa, deməli, elə formatın mövcudluğuna da ehtiyyac yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman haqlı olaraq söyləyirdi ki, sülhə gedən yolda uğurlu addımları yalnız vasitəçisiz görüşlər nəticəsində qazana bilərik. Həqiqətən də iki ölkə arasında indiyə qədər olan irəliləyişləri tərəflərin birbaşa görüşləri çərçivəsində əldə etmişik. Ona görə də Aİ kimi özünü vasitəçi görmək istəyən digər tərəflər prosesdə yer almaq üçün Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir. Eyni zamanda Ermənistanın bu şərtləri qəbul etməkdən başqa şanslarının olmadığını İrəvan administrasiyasına başa salmalıdırlar. Onsuz da başqa heç bir şəkildə müvafiq qrumlar danışıqlar prosesində yer ala bilməzlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət