Aİ Şurası Rusiya və Belarusdan gələn kənd təsərrüfatı məhsullarına yeni tariflər tətbiq edib
10:14 12.06.2025
Siyasət
352
Avropa İttifaqı Şurası Rusiya və Belarusdan gələn və hələ də əlavə gömrük rüsumlarına məruz qalmayan kənd təsərrüfatı məhsulları və bəzi gübrələr üzrə yeni tariflər tətbiq edən qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tariflər Rusiyanın ixrac gəlirlərini azaldacaq və onun Ukrayna ilə müharibədə maliyyələşmək imkanlarını məhdudlaşdıracaq:
"Məqsəd bu idxaldan Aİ-nin asılılığını, həmçinin Rusiyanın ixrac gəlirlərini azaltmaq və bununla da Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək imkanını məhdudlaşdırmaqdır.Gübrələrə tarif artımları üç illik keçid dövrü ərzində tədricən həyata keçiriləcək".
Qərar iyulun 1-dək qüvvəyə minəcək. Qüvvəyə mindikdən sonra isə Aİ tarifləri Rusiyadan bütün kənd təsərrüfatı məhsullarına tətbiq edilmiş olacaq.
O da qeyd edilib ki, yeni tariflər 2023-cü ildə Rusiyadan idxal edilən bütün kənd təsərrüfatı məhsullarının təxminən 15%-ni təşkil edən mallara şamil olunacaq. Gübrələr kimi, yeni tariflər müəyyən azot əsaslı məhsulları əhatə edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə