Aleksandr Lukaşenko: “Heydər Əliyev unikal şəxsiyyət və böyük siyasətçidir”
Yusif Nəzərli
08:01 10.05.2023
Siyasət
417
“Heydər Əliyevdən siyasi müdrikliyi, təmkinli olmağı, əsl strateji təfəkkürü öyrənmişəm”.
“Report” xəbər verir ki, bu fikirlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrikində əksini tapıb.
“Onun 25 il əvvəl dediyi sözləri yaxşı xatırlayıram: “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır”. Əminəm ki, həyatının mənası Vətənə xidmət olan belə bir vətənpərvər insan həmişə xatırlanacaq. Unikal şəxsiyyət, böyük siyasətçi və müasir Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevi şəxsən tanımaq imkanım olub. Ondan siyasi müdrikliyi, təmkinli olmağı, əsl strateji təfəkkürü öyrənmişəm”, - Belarus lideri bildirib.
A.Lukaşenko vurğulayıb ki, Belarus rəsmi Minsk ilə Bakı arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasının öncüllərindən olan Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir.
O, Azərbaycanla Belarus arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün məhz Azərbaycanda Heydər Əliyev ili elan edilən 2023-cü ildə qeyd olunmasının rəmzi məna kəsb etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region