"Altılıq platforması"nın yaradılması mümkün görünmür
Yusif Nəzərli
09:28 03.11.2021
Siyasət
1036
Vaşinqton da Türkiyənin Cənubi Qafqazda artan regional nüfuzunu qəbul etmir və belə bir platformaya qarşıdır
"İkinci Qarabağ müharibəsindən sonra, regionda yeni geosiyasi və geoiqtisadi nizam formalaşır". Bu fikirləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib. Politoloq qeyd edib ki, bu vəziyyət regionda sülhə və əməkdaşlığa xidmət edə biləcək və bölgə ölkələrinin iqtisadi inteqrasiyasını həyata keçirə biləcək:
"Türkiyə prezidentinin təklif etdiyi iqtisadi əməkdaşlığı özündə ehtiva edən Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın daxil olacağı "Altılıq platforması"nın baş tutması sual olaraq qalır. Çünki İran Türkiyənin belə bir paltformada siyasi mövqeyinin artacağından dolayı, belə bir formatı qəbul etmir. Son aylarda Tehranın destruktiv mövqeyi bunu bir daha göstərdi. Xüsusilə, İranda hakimiyyətdə olan mühafizəkarlar Türkiyə və Azərbaycana qarşı rəqib kimi baxırlar. Gürcüstana gəldikdə isə bu ölkədə "3+3" platformasına isti baxmır. Rusiya ilə məlum əlaqələri qeyd edərək, belə bir layihədə yer almayacağını bəyan edib. Halbuki, Tiflisin belə bir paltformada yer almasının qarşısını ABŞ alır".
M.Əsədullazadə əlavə edib ki, Vaşinqton da Türkiyənin Cənubi Qafqazda artan regional nüfuzunu qəbul etmir və belə bir platformaya qarşıdır:
"Çünki Vaşinqton Türkiyənin regional gücə çevrilməsində maraqlı deyil. Qeyd edim ki, G20 zirvəsində Türkiyə Prezidenti R.T.Ərdoğan "Altılıq platforması"nı ABŞ və Fransa prezidentləri ilə də müzakirə edib. Hər iki ölkənin belə bir platformanın Ankaranın birbaşa vasitəçilyi ilə yaradılmasını qəbul etməsə də, cənab T.R.Ərdoğan bununla Cənubi Qafqazda Türkiyənin artan təkbaşına regional bir nizamı formalaşdırmaq gücündə olduğu mesajını vermiş olur. Qeyd edim ki, regionda "Altılıq platforması"nın qurulması mümkün görünmür. "3+3" format əvəzinə "2+2" format onda ola bilər. Bu da Zəngəzur dəhlizi açıldıqdan sonra, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan burada yer ala bilər. Zəngəzur dəhlizinin açılması ilə Mərkəzi Asiya ölkələrinin də regionla əməkdaşlığı arta və Ankaranın vasitəçilyi ilə yeni bir iqtisadi əməkdaşlıq təşkilatı yaradıla bilər. Ona görə də "Altılıq platforması"nın yaradılması mümkün deyil. Bunun əvəzində yeni bir iqtisadi əməkdaşlıq təşkilatı yaradıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə