“Ermənistan son illərdə siyasi, iqtisadi və enerji baxımından bir mərkəzdən (Rusiyadan) asılılığını azalda və dost ölkələrin sayını şaxələndirə bilib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “İrəvan Dialoqu” beynəlxalq konfransı çərçivəsində keçirilən müzakirə zamanı Rusiya ilə münasibətlər barədə sualı şərh edərkən bildirib.
“Onilliklər boyu həmişə düşünürdük ki, düşmən mühitində bizi qoruya biləcək güclü müttəfiqə, böyük qardaşa, dosta ehtiyacımız var. İndi bu baxış dəyişib, çünki vaxtı gələndə - o böyük dostun (Rusiyanın) müdafiəsinə ehtiyac duyduğumuz zaman bu kömək gəlmədi. Bu, vətəndaşlarımız, geniş ictimaiyyət, siyasi elita arasında xarici siyasətə baxışı çox dəyişdirdi.
Bu gün isə bir mərkəzdən siyasi, iqtisadi və enerji asılılığımızı azaltmağı və dostlarımızın sayını şaxələndirməyi bacarmışıq”, - o bildirib.