Aydın Sezer: Türk xalqı, xüsusilə də təqaüdçülər AKP-ni cəzalandırdı
10:24 01.04.2024
Siyasət
948
Türkiyədə 31 Mart bələdiyyə seçkilərinə siyasi bloksuz gedən CHP 1977-ci il seçkilərindən sonra qeyri-rəsmi nəticələrə görə, birinci partiya mövqeyinə yüksələrək özü üçün tarixi “zəfər” əldə edib.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) yarışı ikinci yerdə tamamlayıb və 22 illik iqtidarında ilk dəfə seçkilərdə məğlub olub.
CHP ilkin nəticəyə əsasən, 1989-cu ildə keçirilən yerli özünüidarə seçkilərində Sosial Demokrat Xalqçı Partiyasının uğurunu üstələyib.
Yerli seçkilərdə Yeniden Refah Partiyasının ilk dəfə qatıldığı seçkidə üçüncü yerə yüksəlməsi sürpriz olub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan türk siyasətçi və yazar Aydın Sezer vurğulayıb ki, yerli seçkilər surpriz nəticələrlə yekunlaşdı:
“Seçkilərdə dəqiq olan bir şey “AK Parti”nin məğlubiyyəti oldu. Türkiyədəki iqtisadi böhran AKP-nin uduzmasında əsas rolu oynadı. Türk xalqı, xüsusilə də təqaüdçülər bununla AKP-ni cəzalandırdı. Cümhuriyyət Xalq Partiyasının 25 faizin üzərində səs toplaması böyük uğurdur. Amma İstanbul, Ankara, İzmir və digər böyük şəhərlərdə Halkların Eşitlik və Demokrasi Partisi (DEM ) və İYİ Parti Cümhuriyyət Halk Partili namizədləri dəstəklədi. Yəni CHP-nin uğuru təkcə Özgür Özəlin qalibiyyəti deyil”.
Ekspert bildirib ki, Rəcəb Tayyib Ərdoğan dünən çıxışında Prezdent seçkilərinə 4 il qaldığını deyərək erkən seçki müzakirələrinin üstündən xətt çəkmiş oldu:
“Ancaq Türkiyənin içində yer aldığı iqtisadi vəziyyət göstərir ki, Ərdoğan qarşıdakı 4 ili asanlıqla keçirə bilməyəcək. Yəni Ərdoğanın istefası önümüzdəki günlərdə gündəmə gələ bilər. Ərdoğanın sosial müxalifətin təzyiqlərini 4 il boyunca qaldıracağını düşünmürəm. CHP bu zəfər sərxoşluğu ilə erkən Prezdent seçkilərinə çağırışlar edərsə, yenidən bu qələbəni qazana bilməz. Ərdoğanın məğlubiyyətinin isə 3 səbəbi mövcuddur. Birincisi iqtisadi böhran, ikincisi Ekrem İmamoğlu və Mansur Yavaşın böyük məhşurluğu, üçüncüsü isə təqaüdçülərdən ona qarşı olan münasibətlərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya