Ayxan Hacızadə: COP29-da iştirak edib-etməmək Ermənistanın öz seçimidir
Yusif Nəzərli
07:01 13.11.2024
Siyasət
510
Azərbaycan Ermənistana COP29-da iştirakla əlaqədar dəvət göndərib. Lakin iştirak edib-etməmək onların öz seçimidir.
Sherg.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə deyib.
“Bildiyiniz kimi, burada əhəmiyyətli müzakirələr həyata keçirilir. İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən birdir. 198 dövlət İqlim dəyişmələri üzrə BMT-nin çərçivə konvensiyasının üzvdür. Bu çərçivədə müvafiq olaraq sözügedən təhdidin aradan qaldırılması istiqamətində əhəmiyyətli müzakirələr davam etdirilir. Əhəmiyyətli müzakirələrə töhfə verilməsi hər bir üzv dövlətin əsas prioriteti olmalıdır. Biz Ermənistanın iştirak edib-etməməsi məsələsinə heç bir şərh vermirik. İştirak məsələsi onların öz seçimləridir”, - o qeyd edib.
XİN rəsmisi münaqişə dövründə transsərhəd çayların Ermənistan tərəfindən genişmiqyaslı şəkildə çirkləndirildiyini xatırladıb: “Buna Oxçuçay və digər çayları misal göstərmək olar. Bu istiqamətdə Azərbaycan tərəfindən arbitraj prosesi həyata keçirilir. Ermənistanın məsuliyyətə cəlb olunması istiqamətində addımlar atılıb və bu prosesi davam etdirilməkdədir”.
Ayxan Hacızadə Azərbaycanın COP sədri kimi prioritetlərinin məlum olduğunu vurğulayıb: “Azərbaycan uzunmüddətli perspektivdə yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur. Azərbaycan tərəfindən yaşıl enerjiyə keçid istiqamətində müvafiq böyük layihələr həyata keçirilməkdədir. Bu layihələr də Azərbaycanda enerji infrastrukturunun şaxələnməsi istiqamətində böyük əhəmiyyət kəsb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq