Azay Quliyev ATƏT PA-da qəbul olunan Azərbaycan üçün əhəmiyyətli Qətnaməni şərh edib
18:15 06.07.2019
Siyasət
722
Xəbər verildiyi kimi, bu gün Lüksemburqda ATƏT PA-nın 28-ci İllik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycan üçün olduqca əhəmiyyətli məqamların əks olunduğu Qətnamə qəbul olunub.
Beləki, dünən irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsi dinlənilib.
"Sherg.az"xəbər verir ki, dondurulmuş münaqişələr məsələsinə toxunan bu məruzədən sonra təklif olunmuş Yekun Qətnaməyə müzakirəyə çıxarılıb.
Gərgin keçən müzakirələrdən sonra az müddət öncə Qətnamə qəbul edilib. İlkin anlaşılan odur ki, Qətnamədə Azərbaycan üçün xüsusi əhəmiyyətli məqamlar əks olunub. Bu barədə Nümayəndə heyətinin üzvü, ATƏT PA vitse- prezidenti Azay Quliyev tvitter-də paylaşım edib. Həmin tvitdə qeyd olunub: “Bu gün ATƏT PA razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yol verilməz olduğu, heç bir şərt irəli sürmədən münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyini öz qərarı ilə təsdiqlədi”
Məsələyə tam aydınlıq gətirmək üçün sessiyada iştirak edən, millət vəkili Azay Quliyevin özü ilə əlaqə saxladıq. O, Qətnamənin vacibliyi haqda danışdı və aşağıdakı şərhi verdi:
“Qətnamənin 19-cu maddəsində ATƏT PA bir daha “münaqişələrin həlli üçün razılaşdırılmış formatlar çərçivəsində nəticələrin əldə edilməsinə yönələn danışıqların intensivləşdirilməsini təşviq edir və tərəfləri dayanıqlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət şəraitində şərtsiz olaraq xoş məramla danışıqlarda iştirak etməyə çağırır”.
Bu bənd öz növbəsində bir daha Azərbaycanın və münaqişələrdən zərər çəkmiş digər ATƏT ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin onların ərazi bütövlüyü və beynəlxalq hüququn digər bazis tələbləri çərçivəsində həll olunmasının mümkün olmasını təsdiqləyir.
Qeyd olunması vacib olan digər prinsipial məqam isə ondan ibarətdir ki, burada mövcud danışıqlar formatının dəyişməzliyi xüsusi olaraq Assambleya tərəfindən qeyd edilmişdir ki, bu da Ermənistanın hakim dairələrinin mövcud status-kvo vəziyyətini süni şəkildə qorumaq üçün istifadə etdiyi daha bir əsas alətinə - separatçıların danışıqlar masası arxasına gətirilməsi cəhdlərinə olan ümidlərini də heçə endirir.
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alsaq əminliklə deyə bilərik ki, Assambleyanın 28-ci İllik Sessiyasında qəbul olunmuş bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyin göstərilməsinin öz üzərinə götürən ATƏT və onun Parlament Assambleyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə tam olaraq sadiq qalmasının göstəricisidir”.
Sessiya öz işini davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial